Mikayıl Müşfiq gecəsi

     Dekabrın 25-də  Azərbaycan dili və ədəbiyyat müəllimi Vətanə Zeynalovanın təşkilatçılığı ilə Azərbaycan poeziyasının daim üfiqlərdə parlayan ulduzu, cəmi 30 illik ömründə sözdən xaniman quran, qəlbləri ovsunlayacaq sözlərlə, əsərlərlə xarüqələr yaradan Mikayıl Müşfiq Gecəsi keçirildi.
     
Gecənin keçirilməsində məqsəd Azərbaycan poeziyasına zəngin töhfələr bəxş etmiş işıqlı aydınımız, həzin söz sərrafı olan Mikayıl Müşfiqin əziz ruhunu yad etməklə bərabər, onun həyat və yaradıcılığı haqqında tələbələri maarifləndirmək idi.
    Çıxış edənlər bildirdilər ki, Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.
Mikayıl Müşfiq sevdalıları ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə Mikayıl Müşfiqin şeirlərinin ən passiv gənclərin belə yaddaşına həkk olunmağı bacardığını dilə gətirdilər.
    Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir strategiya hazırlayıb. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Şairin şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gənc üçün örnəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi