ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSUDUR

       Bu gün məktəbimizdə Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirildi. İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər dahi şəxsiyyətin dövlətçilik, azərbaycançılıq ideologiyalarının, həyat və fəaliyyətinin gənc nəslə ötürülməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışdılar, təqdimatlar etdilər.
       Tarix müəllimləri Xəyalə Sadıqova və Rəvanə Kazımova  Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində oynadığı müstəsna rolundan geniş və əhatəli şəkildə məruzə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi