"Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda seminar

      Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq dekabrın 11-də  Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə 202 tam orta məktəbin XI sinif şagirdləri ilə birlikdə “Ümummilli Lider Heydər Əliyev və gənclik” layihəsi çərçivəsində seminar keçirildi. 

      İlk öncə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş etdirildi. Sonra Ulu öndərin irsinin yetişən nəsil tərəfindən öyrənilməsini vacib edən şərtlərdən danışıldı. Şagirdlərin diqqətinə çatdırıldı ki, Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Respublikamızın bütün sahələrində  geniş islahatların keçirilməsində, neft-qaz siyasətinin formalaşmasında, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətlərinin olduğu xüsusilə vurğulandı. Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar haqqında da  geniş məlumat verildi.

      Sonda  şagirdlərin mövzu ilə bağlı  sualları ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi