Valideynlərlə görüş

    Məktəb rəhbərliyi tərəfindən təhsil prosesində valideynlərin cəlb edilməsi və ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə valideynlərlə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi 2018-2019-cu ilin yekunlarını, nailiyyətlərini, tədris ilində qarşıya çıxan problemləri, şagirdlərin dərsə davamiyyətini və məktəbdə keçirilən məktəbdaxili qiymətləndirmənin nəticələrini valideynlərin nəzərinə çatdırdı. Daha sonra “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə dispanzerisayının mahiyyəti barədə valideynləri məlumatlandırdı.
     Məktəb direktoru şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı.

    Risk qrupuna daxil olan uşaqların valideynləri ilə tədbirdən sonra fərdi görüşlər təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi