Məktəbəqədər hazırlıq rus bölməsində 1 gün

       Məktəbəqədər hazırlıq qrupunda rus bölməsi üzrə məşğələ aparan sinif müəllimi uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün səylə çalışır. Məşğələ izlənilərkən kiçikyaşlı uşaqlar fərdi və kollektiv iş forması şəklində böyük həvəslə öz bacarıqlarını nümayiş etdirdilər, əşyalar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatlar apardılar. Ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması, intellektual hazırlıq, obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı da müəllimlər tərəfindən önə çəkildiyindən artıq balacalar müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmaq, bacarmaq kimi xüsusiyyətlərə yiyələnməkdədirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi