"Uşaq hüquqları aylığı" çərçivəsində tədbir

“Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə məktəb direktoru Günel Xanlarova uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan olunduğunu qeyd edib. Daha sonra  uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən, şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yollarının izah edilməsindən bəhs edib.

Sonda isə mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi