MƏKTƏBƏHAZIRLIQ QRUPLARININ İLK DƏRS GÜNÜ

              Oktyabrın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2018-2019-cu dərs ili üzrə məşğələlərə start verildi. Məktəbimizdə də 3 Azərbaycan və 1 rus bölməsi olmaqla məktəbəhazırlıq qruplarında məşğələlər başladı. İlk məşğələ günü məktəb rəhbərliyi 5 yaşlılar və onların valideynləri ilə görüşdü, xoş arzularını bildirdi.
        
Uşaqların birinci sinfə daha hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən biliklər əldə etməsi, daha yaradıcı, yeni ideyalar yarada bilən bir fərd kimi formalaşması yolunda mayak olan müəllimlərimizə uğurlar, körpə fidanlarımıza isə elmin zirvəsini fəth etməyi arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi