Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Daha sonra şagirdlərin ifasındakı  mahnı və şeirlər tədbirə daha da maraq qatıb.

Tədbir sonunda məktəb direktoru Günel Xanlarova  hər bir ailənin sevinci, bəzəyi olan uşaqları təbrik edib, onlara təhsildə yeni-yeni uğurlar arzulayıb.

                                                                         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi