“Təbiət gözəldir, ondan zövq alaq” adlı layihə

      Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin metodist müəllimləri və tələbələri Bakı şəhəri, Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə dövründə şagirdlərlə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Təbiət gözəldir, ondan zövq alaq” adlı layihə çərçivəsində tədbir keçiriblər. Məlumat üçün bildirək ki, layihəni Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının professoru Əli Hüseynov və baş müəllimi Nazimə Əliyeva hazırlayıblar.
      Qeyd edək ki, layihə çərçivəsində VI və VII siniflərin şagirdləri üçün Mərdəkan Dendrarisində və Zooloji Parkda müasir səviyyədə dərs ekskursiyaları təşkil olunub.
Ekskursiya zamanı şagirdlər nadir növ heyvan və bitkilərlə tanış olublar. Şagirdlər öz fikirlərini müsahibə şəklində ifadə edibər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İlk olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib. Aparıcılar Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı maraqlı çıxışlar ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin “Hər bir sakin neçə il ərzində ikicə ağac əkib yetişdirsə, neçə-neçə park və meşə salınar” fikri xüsusi vurğulanıb. Tədbir zamanı ekskursiyalardan çəkilən videoroliklər göstərilib, sosial reklamlar təqdim olunub, tələbələr və şagirdlər çıxış ediblər. Şagirdlərin iştirakı ilə maraqlı səhnəciklər göstərilib, musiqili nömrələr və mahnılar səsləndirilib. “Qırmızı kitab”a düşmüş heyvan və bitkilər haqqında, həmçinin nadir növ bitki sayılan xarıbülbül haqqında slaydlar və maraqlı məlumatlar verilib. Heyvanların nəsil qayğısına qalmaları barədə ətraflı çıxışlar və videolar təqdim olunub.
       Tədbirin sonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” videoroliki təqdim olunub. Şagirdlər tərəfindən “Biz Azərbaycanlıyıq!” şüarı səsləndirilib. Keçirilən tədbir zamanı belə nəticəyə gəlinib ki, təbiət gözəldir və onu qorumaq hər bir insanın borcudur. Məktəbin direktoru Günel Xanlarova, Biologiya və onun tədrisi metodikası kafedrasının professoru Əli Hüseynov, həmin kafedranın dosenti Həqiqət Hacıyeva çıxış edərək tədbiri yüksək qiymətləndiriblər. Tədbirə yekun vuran Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nazimə Əliyeva bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonda diplomlar, sertifikatlar, bukletlər və təşəkkürnamələr təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi