“Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi” ilə əlaqədar mühazirələr keçirildi
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq aprelin 26-da Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə 202, 34, 304 nömrəli tam orta məktəblərinin XI sinif şagirdləri ilə birlikdə mühazirə keçirilib.
Mühazirə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan 177 nömrəli tam orta məktəbin direktoru Günel Xanlarova “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda təşkil edilən mühazirələrin mahiyyətindən, dahi şəxsiyyətin dövlətçilik, azərbaycançılıq ideologiyalarının, həyat və fəaliyyətinin gənc nəslə ötürülməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışdı. Daha sonra məktəbimizin tarix müəllimi Qarayeva Təranə “Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” mövzusunda, 202 nömrəli məktəbin müəllimi Hümbətova Huriyyə isə “İqtisadiyyatın liberallaşdırılması və özəlləşdirilməsi” mövzusunda mühazirələri məruzə etdilər.
Məruzələr zamanı Ulu Öndərin keçdiyi tarixi yol haqqında videçarx nümayiş etdirildi. Məruzələrin sonunda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev irsini daha dərindən öyrənməyi və özlərinin həyat yolunda bir nümunə kimi götürməyi şagirdlərə tövsiyə edildi.