Nərimanov rayonunda qeyd edilən Gül bayramında iştirakımız....

2014-cü ilin mayın 9-da Nərimanov rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gül bayramı keçirilmişdir. Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən biri olaraq, Gül bayramında şagirdlərimizin,müxtəlif çiçək və yarpaqlardan , atılmış plastmas su qablarından hazırladıqları rəngarəng tabloları öz görünüşü və ifadəliliyi ilə seçilmişdir. Şagird kollektivimizin nümayiş etdirdiyi müxtəlif növ dekorativ, rəngli parçalardan toxunan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar və çəkdikləri rəsm əsərləri maraqla qarşılanmışdır.İbtidai sinif şagirdlərimizin isə gülləri xatırladan müxtəlif libaslarda Gül bayramında iştirakı və uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirmələri hər kəsdə xoş ovqat yaratmışdır. Gül bayramı təsviri sənətə həvəs göstərən şagirdlərimizdə öz istedadlarını nümayiş etdirmək imkanı qazandırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi