QAN YADDAŞIMIZIN 100 İLLİYİ

1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

BŞTİ-nin  müvafiq əmrinə əsasən məktəbimizdə 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar Tədbirlər Planı hazırlanmışdır.Tədbirlər Planında yer almış silsilə tədbirlərdən biri martın 30-da keçirildi.

Tədbiri məktəbin tarix müəllimi Rəvanə Kazımova rəhbərlik etdiyi 7”A” sinif şagirdləri ilə birgə təşkil etmişdir. Tədbir 31 Mart soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Daha sonra dövlət himnimiz səsləndirildi.Tədbirdə iştirak edən şagirdlər 31 Mart soyqırımı ilə bağlı ətraflı məlumatları, həmin vaxt soyqırım qurbanlarının çəkdiyi əzab-əziyyətləri,məruz qaldıqları işgəncələri göstərmiş olduqları səhnəciklərdə, şeir, musiqili kompozisiyalarında  tədbiri dinləyənlərin nəzərinə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi