“ANA DİLİMİZİ SEVƏK, QORUYAQ” ADLI TƏDBİR

         Fevral 21-də "Beynəlxalq Ana dili günü" münasibəti ilə “Ana dilimizi sevək, qoruyaq” mövzusunda V-IX sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya keçirildi.
       Tədbir dövlət himninin sədaları ilə başladı. Sonra şagirdlər Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirdilər, Azərbaycan dilinin tarixi mərhələləri, ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi və bu dildə yaranmış əsərlər barədə  məlumatlar verdilər. Şagirdlərin ifasında dilimizin gözəlliklərindən bəhs edən bədii qiraət nümunələri, ana dilinin müqəddəsliyini əks etdirən bayatılar, laylalar, şivələr, dahilərin dilimiz haqqında söylədikləri müdrik kəlamlar  iştirakçılarda xoş təəssürat yaratdı. Bədii əsərlərdən səhnələşdirilmiş  nümunələr, rəqs nömrələri alqışlarla qarşılandı.
       Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini A.Süleymanova tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. Üzünü şagirdlərə tutaraq Ana dilimizin saflığını qorumağı və dərindən öyrənməyi  tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi