“Sabahın alimləri” VII Respublika Müsabiqəsi qalibləri

      Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
     177 nömrəli tam orta məktəbi “Bioloji sistemlərdə gedən proseslərdə metalların rolu” layihəsi ilə təmsil edən IX sinif şagirdi Nurullayeva Selcan İlkin qızı və X sinif şagirdi Hüseynova Aydan Tacir qızı II yerə layiq görülərək gümüş medal qazanıblar.
         Layihənin elmi rəhbəri Musayeva Rəna və mütəxəssis alim Əzizova Əsmət şagirdlərlə birgə sözü gedən müsabiqəyə uzun müddət idi ki, Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində hazırlaşırdılar. Müsabiqəyə hazırlaşmaq üçün şərait yaradaraq köməklik göstərdiyi üçün Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru Qarayev Qalibə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
     Şagirdlərimizi təbrik edirik və uğurlarının davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi