Valideyn iclası

   

         Məktəbin fəaliyyət planına əsasən I – XI sinif üzrə ən fəal valideynlərin iştirakı ilə valideyn iclası keçirildi. İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri iştirak etdilər. Məktəbin direktoru Günel Xanlarova  iclası giriş sözü ilə açaraq “Təhsildə keyfiyyət ili” çərçivəsində I yarımildə məktəbdə görülmüş işlərdən, I yarımilin nəticələrindən və II yarımildə qarşıda duran vəzifələrdən danışdı. Təhsildə zəif nəticə göstərən şagirdlərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi istiqamətində atılan addımlar xüsusi vurğulandı. Cəmiyyət üçün savadlı, vətənpərvər, yüksək mənliyə, mənəvi dəyərlərə malik şəxsiyyət yetişdirmək istiqamətində müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin ön planda olmasından danışıldı.
       İclasda valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi