Milli qəhrəmanımız Mübariz İbrahimovun anım günü qeyd olundu

       Fevralın 7-də məktəbin akt zalında Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirildi. Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi İradə Bayramova  Milli Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür yolundan və şəhid olduğu gün göstərdiyi şücaətlərdən danışıb. İ.Bayramova həmçinin qeyd edib ki, Azərbaycan gəncləri onun bu qəhrəmanlığından örnək götürməli və hər kəs öz üzərinə düşəni etməlidir.
      Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Süleymanova “Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və hərbi fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. A.Süleymanova Azərbaycanın Mübariz kimi qəhrəman oğullarının vətən, xalq uğrunda hər an canlarını qurban verməyə hazır olduğunu vurğulayıb.“Mübariz qəhrəman doğulmamışdı, lakin ətrafında yaşananlar onu qəhrəman kimi yetişdirdi. Onun kimi qəhrəman igidlərimiz on minlərlədir. Ona görə də Azərbaycan hər zaman qəhrəmanları ilə fəxr edib və gün gələcək biz öz torpaqlarımızı düşməndən azad edəcəyik” – deyə A.Süleymanova bildirib.
       Tədbirin sonunda Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş film izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi