"Gilan Holdinq"in 1 nömrəli çörək zavoduna ekskursiya

             

      Məktəbin 3 “C” sinif şagirdləri “Gilan Holdinq”in 1 nömrəli çörək zavoduna ekskursiya keçiriblər. Zavodun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnologiyası və avadanlıqlar haqqında geniş məlumat verdi. Zavodda olan təmizlik, gigiyenik qaydalara tam riayət və çeşidlərin müxtəlifliliyi ekskursiya iştirakçılarında xoş təəssürat yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi. Xatirə şəkilləri çəkildi, zavod haqqında xoş sözlər rəy və təkliflər kitabına yazıldı. Ekskursiyanın sonunda şagirdlər gözləri önündə bişən çörək məhsullarından yedilər və hər birinə məktəbli bulkası hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi