Şəhidlər Xiyabanına ziyarət

     20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir. Tədbirlər planına əsasən bu həftə ərzində müxtəlif siniflərin Şəhidlər Xiyabanına ziyarəti nəzərdə tutulmuşdur.
     
17 yanvar tarixində 3 “B” və 7 “B” sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər. Şagirdlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla anaraq, onların məzarlarına gül dəstələri düzdülər.
    Şagirdlər bir daha anladılar ki, Vətəni qorumaq, Vətənə sədaqət hisslərinin aşılanmasında 20 Yanvar şəhidlərinin qəhrəmanlığı hər bir vətəndaş üçün örnək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi