177 saylı məktəbdə Ümmumilli Lider Heydər Əliyevın xatirəsi anıldı

11 dekabr 2015-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və dekabrın 4-də Günəşli yatağının 10№-li platformasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla anıldı.Mərasimi giriş sözü ilə məktəbin dil-ədəbiyyat müəllimi, M/B sədri Nazilə Əliyeva açaraq qeyd etdi ki, Azərbaycan adlı məmləkətdə tarixi salnamənin yeganə müəllifinin Heydər Əliyev olduğunu vurğuladı. O qeyd etdi ki canını xalqına bağışlayan Ümummilli liderin adı böyük tarixi şəxsiyyətlər Atatürk, Corc Vaşinqton, Şarl de Qoll və başqa simalarla yanaşı çəkilir. Natiq qeyd etdi ki Qafqazın böyük oğlu dərin dühası ilə az müddətdə dünyanı hesablaşmağa vadar etdi. Mərasimdə kitabxanaçı Aygün Məmmədovanın hazırladığı şeir çələngi səsləndi. Tarix müəllimi Rəvanə Məmmədova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərindən danışdı.Mərasimdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxlar göstərildi.Şagirdlərin ifasında mahnılar, bayatılar səsləndi.Tədbirdə direktor H.Qarayeva, TTİÜDM A.Cəfərova, TİÜDM A.Süleymanova iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi