İstedadlı uşaqlar intellektual sərvətimizdir

            Dekabrın 27-də məktəbin akt zalında istedadlı şagirdlərlə birlikdə "Həmrəylik Günü" ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin Uşaq Birliyi Rəhbəri-Nağıyeva Sidiqənin əməyini xüsusi qeyd etmək lazımdır. Tədbirdə məktəbin direktoru, direktor müavinləri, şagirdlər və şagirdlərin valideynləri iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Xanlarova qonaqları salamlayaraq, onları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, belə tədbirlərin keçirilməsi istedadlı şagirdləri sevindirməklə bərabər, onlarda bir çox müsbət keyfiyyətin yaranmasını və inkişafını sürətləndirir. O, məktəbdə belə tədbirlərin mütəmadi olaraq keçiriləcəyini və bunun üçün hər bir şəraitin yaradılacağını qeyd etdi . Tədbir şagirdlərin rəqsləri, mahnıları və çalğı alətlərində ifaları ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi