"Ədəbiyyat biliciləri" müsabiqəsi

           Məktəb elm ocağı, şagird isə çırağıdır. Bu çırağın gur işıq saçması, bugünü və gələcəyi işıqlandıra bilməsi üçün onlara oxumaq, çalışmaq, mütaliə etmək bacarığı aşılanır, qayğıları çəkilir. Şagirdlərin kitabxanalardan istifadə etməsi,bədii əsər oxuması onun dünyagörüşünün formalaşması, ətrafındakılardan seçilməsinə səbəb olur. Şagirdlərin mütaliəsinin gücləndirilməsi, kitaba maraqlarının artırılması, düzgün, şüurlu, sürətli və ifadəli oxumaları üçün Təhsil Nazirliyi şagirdlər arasında müxtəlif tədbirlər təşkil edir, müsabiqələr keçirir. Belə müsabiqələrdən biri də “Ədəbiyyat biliciləri” müsabiqəsinin təşkilidir. Bir neçə mərhələdə keçiriləcək müsabiqənin birinci mərhələsi məktəbdə keçirildi. Şagirdlərimiz oxuduqları kitabların əsas mahiyyəti, Azərbaycan və dünya ədəbiyyatı haqqında danışdılar, verilən sualları cavablandırdılar. İştirak edən şagirdlərdən iki nəfərin müsabiqənin rayon mərhələsində iştirakı müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi