"Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda seminar

       Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq dekabrın 19-da Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə 202, 34, 304 nömrəli tam orta məktəblərinin XI sinif şagirdləri ilə birlikdə “Ümummilli Lider Heydər Əliyev və gənclik” layihəsi çərçivəsində seminar keçirilib. 
       
Seminar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan 177 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Qarayeva “Ulu Öndər Heydər Əliyev irsi və gənclik” mövzusunda təşkil edilən seminarların mahiyyətindən, dahi şəxsiyyətin dövlətçilik, azərbaycançılıq ideologiyalarının, həyat və fəaliyyətinin gənc nəslə ötürülməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışdı. Daha sonra “Müstəqilliyimiz XX əsrin ən böyük nailiyyətidir” mövzusu ilə Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində oynadığı müstəsna rolundan geniş və əhatəli şəkildə məruzə etdi. Məruzə zamanı Ulu Öndərin keçdiyi tarixi yol haqqında videçarx nümayiş etdirildi. Məruzəçi çıxışının sonunda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev irsini daha dərindən öyrənməyi və özlərinin həyat yolunda bir nümunə kimi götürməyi şagirdlərə tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi