İbtidai sinif müəllimləri üçün təlim

AMİM-in 177 nömrəli tam orta məktəbdə təlimləri davam edir. Bu dəfəki təlimlər ibtidai sinif müəllimləri üçün keçirildi. Müdavimlər birinci təlim sessiyası zamanı idrak taksonomiyasının mərhələlərini təhlil etdilər və oxu prosesinə tətbiqini araşdırdılar. Hər mərhələyə aid fəaliyyətləri yerinə yetirdilər, suallar tərtib etdilər və sonda Blum taksonomiyasının dəyərləndirmə mərhələsi üçün səhnəcik təqdim etdilər. Müdavimlər ikinci təlim sessiyasında nümunəyə əsaslanan oxu strategiyasının həyata keçirilməsinin əhəmiyyətinə diqqət yetirdilər. Fərdi oxuya keçid üçün hazırlıq mərhələsində cütlərlə oxunu və mətndəki açar sözlərin məşqini reallaşdırdılar. Ümumi fiziki cavab metodunun üç mərhələsi ilə tanış oldular və hər mərhələyə uyğun fəaliyyətləri yerinə yetirərək metodun əhəmiyyətini daha dərindən mənimsədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi