Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

     Xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü böyük ehtiram və hörmətlə yad edildi. Akt zalında yuxarı sinif şagirdləri və tarix müəllimlərinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur!” mövzusunda təqdimat keçirildi. Tarix müəllimi Bayramova İradə xalqımızı tarixi amansız keşməkeşlərdən uğurla keçirib yaşatmağı, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar. Vurğulandı ki, Heydər Əliyev xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır. Məktəbin direktoru Günel Xanlarova isə öz çıxışında ulu öndərin elm və mədəniyyət sahələrinin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsilimizin inkişafında əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışdı. Anımda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini özündə əks etdirən videoçarx və sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi