Xalq Təhsili muzeyinə ekskursiya

         Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixinin öyrənilməsi və təbliği məqsədilə məktəbin  8-ci sinif şagirdləri sinif rəhbərləri Mira Rzayeva ilə birlikdə Xalq Təhsili Muzeyinə ekskursiyaya getmişlər. Muzeydə ölkə təhsilinin inkişaf mərhələləri, maarifçilərin, elm və dövlət xadimlərinin, pedaqoji ictimaiyyətin nümayəndələrinin bu sahədə xidmətləri xronoloji ardıcıllıqla işıqlandırılırmaqla yanaşı tədris prosesini əks etdirən fotoşəkillər, dərs vəsaitləri, texniki vasitələr, müxtəlif illərin dərslikləri və s. eksponatlar nümayiş etdirilir. Şagirdlərimiz böyük maraqla bələdçilərin məlumatlarını dinləmiş, muzeydən çox zəngin təssüratlarla qayıtmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi