"Pətək İB" nin "Sağlam qida -Sağlam nəsil" layihəsi

  Dekabrın 11-də məktəbin akt zalında "Pətək İB"nin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi "Sağlam qida - sağlam nəsil" layihəsinin "Sağlam həyat tərzi" mərhələsinin təqdimatı keçirildi. Təqdimatda V,VI,VII,VIII sinif şagirdləri iştirak etdilər. Görüşdə məqsəd, insanın sağlamlığına təsir edən zərərli vərdişlərdən imtina etməyi şagirdlərə aşılamaq idi. Əvvəlcə uşaqlar 4 qrupa bölündü və onlara sağlam həyat tərzinə təsir edən müsbət və mənfi amilləri təsvir etmək tapşırıldı. Bu işin öhdəsindən uğurla gələn şagirdlər öz fikirlərini kağız üzərində çox dolğun əks etdirdilər. Sonra uşaqlara maarifləndirici videoçarx nümayiş etdirildi. Ümid edirik ki, şagirdlər sağlam həyat tərzinin önəmini dərk edərək, öz həyatlarında tətbiq etməyə çalışacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi