"Qarabağın tarixi" adlı tədbir

Dekabrın 2-də 177  nömrəli tam orta məktəbdə “Qarabağın tarixi” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişlər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Günel Xanlarova açıb və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi mövzusuna toxunaraq qeyd etmişdir ki, bugünkü gündə onlardan səylə oxumaq, çalışmaq, nizam-intizamlı olmaq, bilik və bacarıqlarını artırmaq tələb olunur ki, gələcəkdə vətənə, xalqa layiqincə xidmət edə bilsinlər. Çıxışdan sonra məktəbin şagirdləri “Qarabağın tarixi” mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etmişlər. Tədbir “Azərbaycan” mahnısının səslənməsi ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi