“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ekskursiya

       Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna təşkil edilmiş ekskursiyada məktəbimizin şagirdləri də iştirak ediblər.
     Davamlı xarakter daşıyan ekskursiyanın əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir.
     Təşkil edilən ekskursiyada şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilmiş və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olmuşlar. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala Qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abilədərin ilkin təyinatı, memarlıq üslubu izah olunub. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də şagirdlərimizin xüsusi marağına səbəb olub.
     Ekskursiyada maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi