Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Bakı şəhəri Nərimanov rayonu 177 saylı məktəbdə general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin iştirakçıları yuxarı sinif şagirdləri idi. Tədbir 10 “C” rus bölməsinin şagirdləri tərəfindən hazırlanmışdı. Tədbirin aparıcısı Abbasova Nigar tədbiri açıq elan etdi. Məktəbin tarix müəllimi Bayramova İradə Azərbaycan generalının həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Məktəbin hərbi müəllimi Nəzirov Zakir generalın şərəfli döyüş yolu haqqında məlumat verdi. Cəmşid Naxçıvanskininn 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentin Sərəncamına əsasən 2015- ci ilin avqust ayında görkəmli hərbi xadim Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olur. Cəmşid Naxçıvanskinin doğum tarixi 10 avqust 1895 il. Doğum yeri Naxçıvan. Cəmşid Naxşıvanskinin vəfat tarixi 26 avqust 1938. Vəfat yeri Moskva. Vəfat səbəbi-güllələnmişdir. Cəmşid Naxçıvanskinin milliyyəti : Azərbaycanlı . Generalın Təltifləri : 1. 4-cü dərəcəli Müqəddəs Georgi ordeni 2. 2-ci dərəcəli Müqəddəs Anna orden 3. 3-cü dərəcəli Müqəddəs Anna ordeni 4. 4-cü dərəcəli Müqəddəs Anna ordeni 5. 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni 6. 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni 7. Qırmızı Bayraq ordeni 8. Qırmızı Əmək Bayrağı ordeni 9. Qırmızı Ulduz ordeni Tədbirdə generala həsr olunmuş şəkillər və video çarx izlənildi.Tədbirə aid çoxsaylı referatlar hazırlandı. Tədbiri təlim-tərbiyə işləri üzrə direktor müavini Süleymanova Arzu müəllimə öz çıxışı ilə bitirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi