“Qobustan Dövlət Tarixi - Bədii Qoruğu”na ekskursiya

Məktəbimizin şagirdləri müəllim heyəti ilə birlikdə “Qobustan Dövlət Tarixi - Bədii Qoruğu”na ekskursiya etdilər. Şagirdlər muzeydə sanki bir canlı film izləmiş oldular. Onlar üçün bu qoruq və muzeydəki tarixi səhnələrin həyat tərzi həyəcanlı anlar yaşadırdı. Hər bir eksponat, keçmiş insan sümüyünün qalıqları, müxtəlif məişət əşyaları, boyunbağları maraqlarını cəlb edirdi. Muzeyi gəzdikdən sonra tarixi qayalığa gəzinti ilə davam edən uşaqların hər qayanın, quyunun bir tarixinin olduğunu düşündürmə təfəkkürünü oyatmaq müəllimlər üçün məsuliyyət və zövqverici idi. Qayaüstü rəsmlər, qaval daşları ən çox marağa səbəb oldu. Şagirdlər qoruğun müxtəlif görməli yerlərində müəllimlərlə bərabər xatirə şəkilləri çəkdirdilər. Müəllimlər də öz növbələrində həmin günün təsəvvürlərində yaddaşlara həkk olan bir gün kimi iz saldığını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi