"Gənc fiziklərin və gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin məktəbdaxili turu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin keçirilməsi nəzərdə tutulmuşdur.
      Məktəblilərin fizika  və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqənin  IX, X, XI sinif şagirdləri  iştirakı ilə məktəbdaxili  mərhələsi keçirildi. Məktəbdaxili mərhələdə şagirdlər 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirdilər.

      Növbəti mərhələyə vəsiqə alan  şagirdlərə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi