“Ölkəmizi tanıyaq” tur aksiyası

15 noyabr 2017-ci il tarixində Nərimanov Rayon rəhbərliyinin “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüşü baş tutub. Bu görüşdə məktəbimizin şagirdləri də iştirak edib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” tur aksiyasının yolasalma tədbirində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Adil Əliyev, YAP Nərimanov təşkilatının sədri Təmraz Tağıyev, rayon ərazisində yerləşən müəssisə, idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, valideynlər iştirak etmişlər.
“Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir.
Tədbir iştirakçılarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  vurğulamışdır ki, məktəblilər tur zamanı Azərbaycanın cənub bölgəsinin tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə baxış keçirəcəklər.
A.Fərzəliyev turda iştirak edəcək şagirdlərə uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi