"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ" ADLI TƏDBİR

   9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar məktəbdə növbəti tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Xanlarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncama əsasən, hər il noyabr ayının 9-u Bayraq Günü kimi qeyd edilir. Tədbirdə bayrağımızın yaranma tarixi, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Ulu öndərimiz Heydər Əliyev dövlət müstəqilliyimizin rəmzi olan bayraq haqqında demişdir: “Bayrağımız, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir”. Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.​ 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi