“Mənim bayrağım, mənim qürur mənbəyimdir” mövzusu üzrə breyn-rinq bilik yarışı

     Noyabrın 8-də məktəbimizdə “Mənim bayrağım, mənim qürur mənbəyimdir” mövzusu üzrə breyn-rinq bilik yarışı keçirildi. Suallar məktəbimizin tarix müəllimi Kazımova Rəvanə tərəfindən hazırlanmışdır. Yarış üç tur üzrə keçirildi. Hər turun keçidində "Azərbaycan bayrağı" haqqında hazırlanmış video görüntülər təqdim olundu, musiqi səsləndirildi və şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi. Yarış iki komanda:5-ci sinif şagirdləri arasında keçirildi. Yarış iştirakçılarının qiymətləndirilməsi bütün yarış prosesini əvvəldən sona izləyən münsiflər heyəti tərəfindən obyektiv şəkildə həyata keçirildi. Yarışın sonunda hər iki komanda qalib hesab edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi