9 NOYABR - DÖVLƏT BAYRAĞI GÜNÜ

           Noyabrın 8-də məktəbimizdə Bayraq Gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikası üzərində dalğalanan Dövlət Bayrağımız- ilk dəfə 1918-ci il noyabrın 09-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 09 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qəbul olundu. 2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından,dövlətçilik rəmzlərindən biri olan Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.Bayraq gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Çıxış edən məktəb rəhbəri Günel Xanlarova bayram münasibətilə təbriklərini çatdıraraq bu bayramın bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırmışdır. O, bayrağımızın yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan, şagirdlərdə vətənə, bayrağa olan vətənpərvərlik hissindən danışmış, bayrağımızın gələn il işğal olunmuş torpaqlarda sancılması ümidi ilə nitqinə yekun vurmuşdur.
            Tədbirdə I-VI sinif şagirdləri “Bayraq Günü”nə həsr olunmuş şeirlər söylədilər və Vətən haqqında ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi