“Tədqiqat əsalı strategiyalardan istifadə etməklə bacarıqların inkişafı” layihəsi çərçivəsində həyata keçirilən təlim

Oktyabrın 28-də 177 nömrəli tam orta məktəbdə “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Tədqiqat əsalı strategiyalardan istifadə etməklə bacarıqların inkişafı” layihəsi çərçivəsində həyata keçirilən təlimlər başa çatıb. Layihənin icrasına Bakı şəhəri 177 nömrəli tam orta məktəbdə start verilmişdi. İlk mərhələdə təlimə ibtidai sinif və müxtəlif fənn müəllimləri olmaqla 25 müəllim cəlb olunub. Təlim hər biri cəmi 10 saat olmaqla 3 gün davam edib. Təlimlərdə müəllimlərə XXI əsrin bacarıqları haqqında ümumi məlumat verilib. Bu bacarıqları inkişaf etdirmək üçün beynəlxalq təhsildə təcrübəli müəllim və müəllif kimi tanınan Kat Murdoxun (Kath Murdoch) “Tədqiqat Çarxı”ı iştrakçılara təqdim edilib. Qeyd edək ki, dünyanın bir çox beynəlxalq məktəbləri dərsləri və ya layihələri məhz bu Tədqiqat Çarxı üzərində qurur. Daha sonra düşünmə, ünsiyyət və əməkdaşlıq bacarıqlarını özündə əks etdirən “komanda olma” (team building) fəaliyyəti keçirilib. Layihənin məqsədi tədqiqat əsaslı strategiyalar və üsullardan istifadə etməklə, praktik yollarla müəllimlərə XXI əsrin bacarıqlarını təqdim etmək və bu bacarıqların şagirdlərin həyatına müsbət təsiri, eləcə də siniflərdə tətbiqi və inkişafı yollarını göstərməkdir. Bundan başqa layihə, qarşısına təhsilə pozitiv dəyişiliklər gətirmək və keçirilən fənlərin daha rəngarəng, mənalı və səmərəli keçirilməsinə zəmin yaratmaq məqsədini də qoyub. Bununla da layihə icraçıları həm ölkəmiz üçün istedadlı vətəndaşlar, həm də qlobal vətəndaşlar yetişdirmək üçün şagirdlərə düşünmək, tədqiqat aparmaq, öyrəndiklərini təhlil etmək, problemlərin həlli yollarını araşdırmaq, məntiqli suallar qurmaq, ünsiyyət, əməkdaşlıq və s. kimi bacarıqları aşılamaq üçün müəllimləri beynəlxalq təhsildə aktual olan yeniliklərlə tanış etmək istiqamətində çalışır. Layihə çərçivəsində müəllimlərə tədqiqat çarxına əsaslanan dərs nümunələri təqdim edilir, onlar müasir təhsildə vizual anlamanın təməlini qoyan Filip Yenovinin vizual düşünmə strategiyaları ilə tanış edilirlər. Daha sonra müəllimlər, Harvard Universitetinin şagirdlərin düşünmə bacarıqlarının inkişaf etməsi üçün uzun illər işləyib ərsəyə gətirdiyi “Düşünmə Rutinləri” ilə tanış edilir. Təlim zamanı keçirilən dərs nümunələrində müəllimlər bu strategiyaları tətbiq edirlər. Dərs nümunələri göstərilən zaman müəllimlər şagird rolunda olaraq düşünmə, araşdırma, özünü ifadə etmək, məlumatları real həyatla uyğunlaşdırmaq, suallar irəli sürmək və s. kimi bacarıqların inkişafı üçün zəmin yaradan tədqiqat əsaslı strategiyaları tətbiq edərək onları mənimsəyirlər. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi