“25 il Azərbaycan naminə” adlı intellektual oyun

 

Oktyabrın 23-də Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti tədbir-“25 il Azərbaycan naminə” adlı intellektual oyunun növbəti yarışı 212 nömrəli tam orta məktəbdə təşkil edildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının nümayəndələri iştirak edib. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən məktəbimizin komandası II yerin qalibi olub.Tədbirdə çıxış edənlər oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olduğunu bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi