M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü

Oktyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2018-2019-cu tədris ilində bu ali məktəbə daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirib."Açıq qapı” günü bu ali təhsil ocağında artıq xoş ənənəyə çevrilib. Hər il universitetdə "Açıq qapı” gününün keçirilməsi abituriyentləri və valideynləri buradakı tədris prosesi, filiala qəbul qaydaları ilə tanış etmək, onları filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisad və fizika fakültələrində bakalavrların hazırlanması barədə ətraflı məlumatlandırmaq məqsədi daşıyır. Bu məqsədlə də universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, ədəbiyyat, təhsil sisteminə və qəbul qaydalarına həsr olunmuş kitabçalardan ibarət stendlər təqdim edilib. Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocahəsəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb. Beləliklə, tədbirdə iştirak edən məktəbimizin şagirdləri bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi