Müstəqillik Günü qeyd edildi

18.10.2017-ci il tarixdə 177 nömrəli tam orta məktəbdə 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə tədbir keçirildi. Tədbirin təşkilatçısı və məktəbin tarix müəllimi İradə Bayramova bildirib ki, bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il ötür. Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq, 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa edib, özünün suverən dövlətini yaradıb: "Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkdi. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xarici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu. Daha sonra məktəbin şagirdlərinin ifasında Milli Müstəqillik Gününə həsr edilmiş kompozisiya nümayiş etdirilib. Şagirdlər hazırladıqları nümunələri böyük ustalıqla tədbir iştirakçılarına çatdırıblar. Tədbirin sonunda məktəbin direktoru Günel Xanlarova tədbirin təşkilatçılarına və şagirdlərə minnətdarlıq bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi