“Uşaqlar və qanunvericilik” mövzusunda tədbir

17.10.2017-ci il tarixində Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə məktəblilər ilə “Uşaqlar və qanunvericilik” mövzusunda tədbir keçirildi. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya"nın məsul katibi Elçin Quliyev, Nərimanov RPİ 18-ci PB-nin polis sahə inspektoru, polis kapitanı Azər Məmmədzadə, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin rəisi polis mayoru Rüstəm Rüstəmov, məktəbin direktoru Günel Xanlarova, direktor müavinləri, məktəb müəllimləri və şagirdlər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya"nın məsul katibi Elçin Quliyev bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd etdi. Bildirdi ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin başlıca məqsədi uşaqların tairixmizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan vətənpərvər layiqli vətəndaş kimi yetişdirilməsidir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə uşaqların hüquqlarının hərtərəfli qorunmasına xüsusi diqqət və qayğı göstərir. Daha sonra çıxış edən digər natiqlər də uşaqlara dövlət tərəfindən göstərilən diqqətdən söz açdılar. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin uşaqlara məhəbbəti hamı üçün ibrətamiz nümunədir. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları da məhz ulu öndərin qayğısının təcəssümüdür. Həmin vaxtlardan sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır. Tədbir uşaqları maraqlandıran sualların cavablandırılması və məktəblilərin hazırladıqları çıxışlarla yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi