Bakıda Rusiya İncəsənət və Mədəniyyət Mərkəzində görüş

10.10.2017-ci il tarixdə Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rus kosmonavtı Serqey Rıjikovun Bakı gəncləri ilə görüşü baş tutub. Bu görüşdə məktəbimizin 8c sinif şagirdləri sinif rəhbəri Rzayeva Mira ilə birlikdə iştirak ediblər. İştirakçılar “Sputnik-60” sərgisi və Serqey Rıjikovun iştirak etdiyi kosmik proqramlarla tanış olublar. Daha sonra iştirakçılar suallarla maraqlanıblar: Kosmonavtların seçimi və təlimləri necədir? Orbitdə necə hiss edirlər? Yer kürəsi və "kosmik" həyat fərqlidir? 173 gündən sonra orbitada bir insanın dünyaya necə faydası var? Kosmonavt bütün sualları ətraflı olaraq cavablandırıb. Sonda kosmonavtın orbitdə çəkilmiş fotoşəkilləri və video klipləri nümayiş etdirilib. Görüş dostluq fotoşəkili ilə başa çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi