Şagirdlərimiz Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisində

07.10.2017-ci il tarixdə bir qrup şagirdimiz Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2017” sərgisində iştirak etdilər. Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunurdu. Şagirdlərimiz sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə onları maraqlandıran suallara cavab tapdılar, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanı qazandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi