Kimya fənnindən açıq dərs

Məktəbin kimya müəllimi Musayeva Rəna tərəfindən 10a sinfində “İnsan orqanizminin fəaliyyətində qeyri üzvi maddələrin rolu" mövzusunda açıq dərs keçirdi. Dərsdə məktəb rəhbərliyi və direktor müavinləri iştirak etdilər. Dərsdə şagirdlərin özlərinin hazırladıqları əyani vəsaitlərdən geniş istifadə olundu. Dərs müasir tələblərə cavab verən üsullarla keçirildi. Dərsdə vaxt bölgüsünə əməl olundu. Fənlərarası əlaqəyə geniş yer verildi. Yeni mövzunun şagirdlər tərəfindən mənimsənilməsi aydın görünürdü. İnsan orqanizminin fəaliyyətində qeyri üzvi maddələrin rolu şagirdlərə ətraflı izah olundu. Sonda testlərdən, krossvordlardan istifadə olundu. Dərs iştirakçılar tərəfindən geniş müzakirə olundu və bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi