Birincilərin məktəbə adaptasiyası

Məktəbə daxil olmaq - bu uşağın həyatında yeni mərhələdir. Əksər uşaqlar səbr və həyacanla məktəbə gedəcəyi günü gözləyir, çünki məktəb onlara sosial status - məktəbli statusu verir, bəziləri isə bu əlamətdar hadisəni heç kəsə məlum olmayan qorxu və həyacanla qarşılayır. Bəs birinciləri bu mənfi emosiyadan uzaqlaşdırmaq, onların məktəbə adaptasiyasını təmin etmək üçün nə etmək lazımdır? Əvvəlcə valideyinlərə səbr arzulayırıq, çünki ilk təhsil ili uşağın həyatında həddən artıq çətin və sınaq dolu bir dövrdür. Bu dövrdə uşağın ictimai münasibətləri, həyat tərzi dəyişir, psixoemosional yükü artır, oyun fəaliyyəti təlim fəaliyyəti ilə əvəz olunur. Bu məqsədlə də məktəbin psixoloqu Şəlalə Məmmədova birincilərin məktəbə adaptasiyasını təmin etmək üçün onları məktəbin qəbul otağı, kitabxanası, tibb otağı, akt zalı, yeməkxanası ilə tanış elədi və məktəbin 4-cü sinif şagirdləri ilə görüşdürdü. Bu tanışlıq və görüş birincilər üçün olduqca maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi