MƏKTƏBDƏ "15 SENTYABR - BİLİK GÜNÜ" QEYD OLUNDU

15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi 177 nömrəli tam orta məktəbdə də böyük təntənə ilə qeyd edildi. Tədbiri məktəbin direktoru Günel Xanlarova açıq elan edərək bildirdi ki, Bilik günü- bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradan həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir. Bu gün övladlarımıza Azərbaycanda yaşamaq xoşbəxtliyi nəsib olub.Məktəbin direktoru bu il ali təhsil ocaqlarına qəbul olan məzunlarımızı təbrik etdi və onlara irəlilədikləri yolda uğurlar dilədi. Eyni zamanda Günel Xanlarova bildirdi ki,Təhsil Naziri cənab Mikayıl Cabbarovun müvafiq sərəncamı ilə bütün təhsil ocaqlarında ilk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr ediləcək.Sonra tədbirdə qonaq qismində iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ürək sözlərini bildirərək şagirdlərə yeni tədris ilində uğurlar arzu etdilər. Bayram şənliyi birincilərin ifasında mahnılar və rəqslərlə davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi