Pedaqoji işçilərin hesabat iclası

25.06.2017 – ci il tarixində Akt zalında məktəbin 2016/2017 – ci tədris ilinin yekunları barədə hesabat xarakterli iclası keçirilmişdir. İclasda məktəbin direktoru Günel Xanlarova, direktor müavinləri Afilə Cəfərova, Arzu Süleymanova, Arif Məmmədov və pedaqoji kollektiv iştirak edirdi. İclası giriş sözü ilə açan məktəbin direktoru Günel Xanlarova ötən tədris ilində əldə olunmuş nailiyyətlərlə yanaşı nöqsanlardan da bəhs etdi. Daha sonra IX – XI siniflərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edildi. Günel Xanlarova şəxsi iş və sinif jurnallarına baxışla bağlı öz fikir, mülahizələri, təklif və iradlarını bildirdi. Direktor dövlət sənədi olan sinif jurnallarına xüsusi yanaşma təmin olunmalıdır, fikrini xüsusilə vurğuladı. Tədris ilinin sonunda vacib, əhəmiyyətli işlərdən biri də kitabxanada dərsliklərin yığılmasıdır. Bu baxımdan kitabxana müdiri Aygün Mirzəliyevanın hesabatı xüsusi əhəmiyyət kəsb edirdi. Kitabxana müdiri çıxışında kitabların qaytarılmasında xüsusi fəallıq göstərən sinif rəhbərləri ilə yanaşı bu məsələyə laqeyd münasibət göstərənlərin olduğunu da açıqladı. Ümumilikdə dərslik yığımının uğurla başa çatdırıldığını qeyd etdi. Sonda söz məktəbin təsərrüfat işləri üzrə direktor müavini Arif Məmmədov məktəbin təsərrüfat baxımından səliqə - sahmana salındığını, sinif otaqlarının qaydasında təhvil verildiyini bildirdi. Yekun toplantısı səmimi dostluq və yoldaş şəraitində davam etdi. Hər kəsə xoş və səmərəli istirahət arzulayan məktəb direktoru Günel Xanlarova bizi gözləyən şərəfli və çətin işlərimizin həllində kollektivin birgə fəaliyyətinə ümidvar olduğunu vurğulayaraq toplantını yekunlaşdırdı. Bəli dəyişikliklərlə, yeniliklərlə, uğur və çatışmamazlıqlariyla yadda qalan daha bir tədris ilini arxada qoyduq. Qarşıda isə bizi çətin, məsuliyyətli, daha məhsuldar olmasını gözlədiyimiz yeni tədris ili gözləyir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi