Məktəbdə ənənəvi “Son Zəng” tədbiri qeyd olundu

Məktəbdə 14 iyun tarixdə ənənəvi “Son zəng” tədbiri qeyd olundu. “Son Zəng” tədbirinin yüksək səviyyyədə təşkili, məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün məktəb kollektivi tərəfindən bütün təşkilatı işlər görüldü. Tədbiri açıq elan edən məktəb direktoru Günel Xanlarova bildirdi ki, bu tədris ilində məktəbdə 56 şagird məzun olur. Günel Xanlarova müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını dilədi. Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi. Müəllimlər, valideynlər, qonaqlar da məzunlara ürək sözlərini çatdırıb, onlara müstəqil həyatda uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi