Tarixi və mədəniyyət abidələri xalqımızın milli sərvətidir

İbtidai sinif şagirdlərinin tətil günlərini səmərəli təşkil etmək, maddi və mənəvi mədəniyyəti, olduqca zəngin olan bu tarixi memarlıq abidələrimizi görmək üçün üçün məktəbimizin ibtidai sinif müəllimi İntizar Məmmədova öz sinif şagirdləri ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya etmişlər. Ekskursiya zamanı zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verilmişdir. Ümumiyyətlə milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Bu müdrik fikirlərdən irəli gələrək, yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmin üzərində qurulması, tariximizin, mədəniyyətimizin, pedaqoji fikrimizin, zəngin mənəvi irsimizin öyrənilməsi əsas amillərdəndir. Bütün bunların gənclərə aşılanmasında və onların dünyagörüşünün formalaşdırılmasında ekskursiyalar böyük əhəmiyyət kəsb edir. Uşaqları müxtəlif muzeylərə, tarixi abidələrin olduğu yerlərə, sərgilərə, şəhərin görməli yerlərinə ekskursiyalara və ya gəzintilərə aparmaq çox səmərəli nəticələr verir. Vətənimizin təbii, maddi, mədəni, mənəvi sərvətlərini öyrənmək üçün şagirdləri ekskursiyalara, müxtəlif tarixi yerlərə aparmalı, xalqımızın qəhrəmanlıq nişanələrini qoruyub saxlayan abidələri, müqəddəs yerləri, elm və mədəniyyət xadimlərini, vətən uğrunda şəhid olanların abidələrini görməli, onlar haqqında söhbətlər dinləməlidirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi