28 May Respublika Günü

Məktəbdə 28 May Respublika Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəb kollektivi, şagirdlər iştirak etdilər. Tədbirin əvvəlində çıxış edən məktəbin direktoru bildirdi ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub: “Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.” Daha sonra şagirdlər vətənpərvər ruhda mahnılar və şeirlər ifa etdilər, rəqs nümunələri nümayiş etdirdilər..
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi