Uşaq hüquqları üzrə pilləli tədris proqramı

Məlum olduğu kimi,Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir. Müvəkkilin təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Proqram icra edilən məktəblərdə uşaq hüquqları üzrə tədbirlər keçirilir. Bakı şəhəri 177 nömrəli məktəb də bu layihədən kənarda qalmayıb. Dərslər uğurla başa çatıb və 48 şagird sertifikat alıb. Eyni zamanda bu işin təşkilinə köməklik göstərdiyinə görə məktəbin direktoru Günel Xanlarova və digər müəllimlər təşəkkürnamə alıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi